Avropa Pul Viktorinasının şagirdlərinə rəqəmsal maliyyə texnologiyaları və startaplar haqqında interaktiv təlim keçirilmişdir

“Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Kapital Bank” ASC-in təşkilatçılığı ilə 14 may 2019-cu il tarixində Human Kapital Center-də Avropa Pul Viktorinasının seçim turunda iştirak edən və ikinci mərhələyə keçən 70 (yetmiş) nəfər şagirdə rəqəmsal maliyyə texnologiyaları və startaplar haqqında interaktiv təlim keçirilmişdir.

Təlimdə “İT karyera yolu” və “Dünya pulları” mövzuları üzrə interaktiv seminarlar təşkil edilmişdir. Bundan əlavə şagirdlərə Maliyyə və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən startaplar haqqında geniş məlumat verilmiş, təlim zamanı yaranmış sullar ətraflı cavablandırılmışdır.

Seminarlarda, təlimçi qismində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin, “Dərs Evi” tədris mərkəzinin və “Bd Kids” təşkilatının mütəxəssis və müəllim heyyəti çıxış etmişdirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır