Avropa-Qafqaz-Asiya dəhlizində yük və sərnişin daşımaları 8,2 % azalıb

2016-cı ilin yanvar-iyul ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28359,3 min ton, yük dövriyyəsi isə 5396,9 milyon ton-km olub.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 8,2 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 18,5 faiz və 34,0 faiz) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır