Avropa Yenidənqurma və İnkişaf Bankı illik icmalını yayımlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci il yekun icmalına istinadən, bank sözügedən ildə ümumi dəyəri 9.5 milyard avro olan 395 layihəni maliyyələşdirib. Bu göstərici, bankın 2017-ci ildə nail olduğu rekord göstəriciyə (9.7 milyard avro) çox yaxındır.

2018-ci ilin may ayında İordaniyada keçirilən illik görüşdə “Dayanıqlı İnkişaf Məqsədləri”-nə yönəlmiş layihələrə edilən investisiyaların həcmini artırmaq qərara alınıb.

Hindistan bankın səhmdarları sırasına qoşulub və 69-cu üzvü olub. San Marino isə 2018-də səhmdarlıq üçün qeydiyyatdan keçən ölkə olub.

Bankın əsas investisiya sahələrindən biri “Yaşıl İqtisadiyyat”-dır. Belə ki, bank maliyyə vəsaitlərinin 36%-ini bu yöndə yatırıb. 2020-ci ildə bu göstəricinin 40%-a yüksəldilməsi hədəflənib.

2018-ci ildə, xüsusilə, Türkiyəyə iqtisadi yavaşlama və valyuta dəyərsizləşməsindən sonra iqtisadiyyatın balanslaşdırılması üçün 1 milyard lirə vəsait ayrılıb.

İcmala görə, ölkələr arasında ən çox sərmayə Özbəkistan Respublikasına (333 milyon dollar) ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır