“Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

29 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Avropa Yenidənqurma və İnkişaf Bankı”-nın dəyişən faizli (floating rate) istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2001028169 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 01.10.2025-ci il tarixində yekunlaşmışdır. 

3.20 Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılan istiqrazların ticarətə qəbulu və listinqinə dair tələblər: 
3.20.1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılan istiqrazlar əsas listinq seqmentinə daxil edilir. 
3.20.2. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar və beynəlxalq inkişaf bankları tərəfindən buraxılmış istiqrazlar üzrə Listinq Komitəsi tərəfindən istisnalar edilə bilər.
Bunu nəzərə alaraq kağızlar Əsas Bazar Listinq Seqmentinə daxil edilir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “Avropa Yenidənqurma və İnkişaf Bankı”
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001028169
İstiqrazların növü və forması İstiqrazlar dəyişən faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması Kütləvi / Birqəymətli hərrac
İstiqrazların sayı 500 ədəd
İlkin ticarət qiyməti 100,000 manat
İstiqrazların buraxılış həcmi 50,000,000 manat
Period üçün gəlirlilik faizi
Ödəmə Periodu Faiz ödənişləri göstərilmiş faiz ödəniş tarixlərində rüblük olaraq (1 yanvar 2026; 1 aprel 2026; 1 iyul 2026 və 1 oktyabr 2026) həyata keçirilirəcək
Tədavül müddəti 1 il
Hərrac qiyməti* 100,000 manat
Reallaşdırılmış həcm 50,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 55,200,000 manat
İnvestor sayı 12
Sifariş sayı 12
Anderrayter  “ABB-İnvest İ.Ş.” QSC; “Unicapital İ.Ş.” ASC

Related posts

“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

“KƏPƏZ BOKT” MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı