Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropada bankların birləşmə dalğası durğunluğa uğradı – Siyasi müdaxilələr M&A proseslərini əngəlləyir - BBN

Avropada bankların birləşmə dalğası durğunluğa uğradı – Siyasi müdaxilələr M&A proseslərini əngəlləyir

Avropa bank sektorunda gözlənilən konsolidasiya (birləşmə) dalğası yenidən durğunluq mərhələsinə keçib. Son aylarda BBVA, UniCredit kimi iri maliyyə qurumlarının apardığı M&A (birgə satınalma) danışıqları hökumətlərin müdaxiləsi ilə nəticəsiz qalıb.

Financial Times xəbər verir ki, İtaliyanın UniCredit bankı Almaniyanın Commerzbank və yerli Banco BPM bankını almaq üçün cəhdlər etsə də, İtaliya hökumətinin nadir hallarda tətbiq etdiyi “qızıl səlahiyyət” (golden power) mexanizmi ilə bu prosesi dayandırıb. Eyni zamanda İspaniyanın BBVA bankının Sabadell ilə birləşmə niyyəti Madrid tərəfindən rədd edilib – hökumət bu birləşməni ən azı 3 il müddətinə qadağan edib.

Komissiya oyuna daxil olur

Avropa Komissiyası artıq bu cür milli müdaxilələrə qarşı mövqe nümayiş etdirib. FT-nin məlumatına görə, Brüssel bu ay İtaliya hökumətinə məktub göndərərək UniCredit-in BPM-ni alma cəhdinin əngəllənməsini AB birləşmə qanunvericiliyinə zidd hesab etdiyini bildirib. Həmçinin, İspaniyaya rəsmi bildiriş göndərilərək BBVA/Sabadell birləşməsinin bloklanması ilə bağlı narahatlıq ifadə olunub.

UniCredit geri çəkildi, Commerzbank hələ gündəmdə

Təzyiqlərə baxmayaraq, UniCredit çərşənbə axşamı açıqlamasında Banco BPM ilə danışıqlardan rəsmi şəkildə imtina etdiyini açıqlayıb. Bank bildirib ki, qoyulan şərtlər hökumətin güzəştə getməməsi səbəbindən yerinə yetirilə bilməzdi.

Hazırda Commerzbank üzrə planlar hələ də masa üzərindədir. Avropa Komissiyasının son addımları Andrea Orcelin (UniCredit CEO-su) bu istiqamətdə cəhdlərini yenidən dəyərləndirməsinə səbəb ola bilər.

BBN.az analizi

Ekspertlər bildirirlər ki, Avropanın maliyyə sektorunda bu cür konsolidasiya gecikmələri, JPMorgan Chase və Goldman Sachs kimi ABŞ banklarına qarşı rəqabət qabiliyyətini zəiflədir. Qitə üzrə “pan-Avropa bankı” formalaşdırmaq niyyətləri siyasi proteksionizmlə əngəllənir.

Avropa Komissiyasının müdaxiləsi birləşmə bazarının gələcəyinə ümid versə də, qısamüddətli dövrdə banklar arasında M&A aktivliyinin artacağı real görünmür.

Mənbə: Financial Times

Related posts

“Fitch”: Azərbaycan rəqəmsal valyuta üçün ikisəviyyəli model seçə bilər – EKSKLÜZİV

Azərbaycanda banklar yaşıl layihələrə 2 milyard manat kredit yönəldəcək

ABA: Mikro biznes kreditlərinin yarıdan çoxu artıq təminatsız verilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı