Avropada elektrikli avtomobillərin satışında kəskin artım var

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) 2019-cu ilin üçüncü rübü üçün Avropanın avtomobil bazarı göstəricilərini açıqlayıb. Hesabatda əsas gözəçarpan məqam elektriklə işləyən avtomobil satışının ötən ilin cari rübünə nisbətdə 51.8% artaraq 110630 ədədə çatması və Avropa Birliyi (EU) regionu üzrə 3.1%-lik bazar payına yiyələnməsi olub.

Bununla yanaşı, 2018-ci ilin üçüncü rübündən, benzinlə işləyən avtomobillərin sayında da artım müşahidə olunub və bazar payı 57.4%-dən 59.5%-ə yüksəlib. Hibrid mühərriklə işləyən avtomobillərin də satışlarında artım baş verib və iyul-sentyabr ayları arasında 223868 ədəd satılıb.

Əsas geriləmə isə dizellə işləyən avtomobillərdə qeydə alınıb. Belə ki, iyul-sentyabr ayları arasında dizel mühərrikli avtomobil satışı 14.1% azalaraq 1 milyona geriləyib. Bazar payı isə 30%-in altında qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır