Avropada ev qiymətləri artıb

Avropa İttifaqı Statistika Bürosunun (EUROSTAT) hesabatına əsasən 2019-cu ilin ikinci rübündə həm Avrozonada, həm də Avropa Birliyi ölkələrində ev qiymətləri ötən ilin müvafiq dövrünə nisbətdə 4.2% artıb. Ötən rübə, yəni 2019-un ilkrübünə nisbətdə isə ev qiymətlərində artım 1.7% olub.

Ötən ilin ikinci rüb göstəriciləri ilə müqayisə etsək, ev qiymətlərində ən çox artım müşahidə olunan ölkələr Macarıstan (14.0%), Lüksemburq (11.4%) və Xorvatiya (10.4%) olub. Avropada ev qiymətlərinin azaldığı yeganə ölkə isə İtaliya (-0.2%) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır