Avropada ev qiymətləri artıb

Avropa İttifaqı Statistika Bürosunun (EUROSTAT) hesabatına əsasən 2019-cu ilin birinci rübündə həm Avrozonada, həm də Avropa Birliyi ölkələrində ev qiymətləri ötən ilin müvafiq dövrünə nisbətdə 4.0% artıb. Ötən rübə, yəni 2018-in son rübünə nisbətdə isə ev qiymətlərində artım 0.3% olub.

Ötən ilin birinci rüb göstəriciləri ilə müqayisə etsək, ev qiymətlərində ən çox artım müşahidə olunan ölkələr Macarıstan (11.3%), Çexiya (9.4%) və Portuqaliya (9.2%) olub. Avropada ev qiymətlərinin azaldığı yeganə ölkə isə İtaliya (-0.8%) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır