Avropada ev qiymətləri artıb

Avropa İttifaqı Statistika Bürosunun (EUROSTAT) hesabatına əsasən 2019-cu ilin üçüncü rübündə həm Avrozonada, həm də Avropa Birliyi ölkələrində ev qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətdə 4.1% artıb. Əvvəlki rübə nisbətdə , yəni 2019-cu ilin ikinci rübünə nisbətdə isə ev qiymətlərində 1.5%-lik artım müşahidə olunub.

2018-ci ilin üçüncü rüb göstəriciləri ilə müqayisə etsək, ev qiymətlərində ən çox artım müşahidə olunan ölkələr Latviya (13.5%), Slovakiya (11.5%), Lüksemburq (11.3%) və Portuqaliya (10.3%) olub. Avropada ev qiymətlərinin ən aşağı artımı İtaliyanın (0.4%) payına düşüb.

Related posts

ECB mövcud faiz dərəcələrini potensial şoklardan qorunmaq üçün kifayət hesab edir

ABŞ və Aİ arasında danışıqların həlledici mərhələsi başlayır

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı