Avropa Birliyinə daxil olan ölkələrdə sentyabr ayı üçün ortalama illik inflyasiya 0.8% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici 2.1% olub. Avrozona ölkələri üçün isə sentyabr ayının illik inflyasiya rəqəmi isə ötən ilə nisbətdə 1.0% azalaraq 1.2% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.
Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Rumıniya (3.5%) və Slovakiyada (3.0%), ən aşağı göstərici isə Kiprdə (-0.5%) qeydə alınıb.
Bahalaşmanın ən çox qeydə alındığı sahələr isə müvafiq olaraq xidmət, alkoqol, tütün və yeyinti sektorları olub.