Avropada inflyasiya 1.9%-ə yüksəlib

Avropa Birliyinə daxil olan ölkələrdə aprel ayı üçün ortalama illik inflyasiya 1.9% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici 1.5% olub. Avrozona ölkələri üçün isə aprel ayının inflyasiya rəqəmi isə ötən ilə nisbətdə 0.5% artaraq 1.7% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

Sözügedən dövr üçün ən yüksək inflyasiya göstəriciləri Rumıniya (4.4%) və Macarıstanda (3.9%), ən aşağı göstərici isə Xorvatiyada (0.8%) qeydə alınıb.

Bahalaşmanın ən çox qeydə alındığı ilk 3 sahə isə müvafiq olaraq xidmət, energetika və yeyinti sektorları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır