Avropada işsizlik azalıb

Avropa İttifaqı Statistika Bürosunun (EUROSTAT) hesabatına əsasən 2019-cu ilin iyununda Avrozonada işsizlik  ötən ilin müvafiq dövrünə nisbətdə 0.7% azalaraq 7.5% olub. Bu isə, 2008-ci ilin iyul ayından bəri qeydə alınan ən aşağı göstəricidir.

Avropa Birliyi (Aİ) ölkələrinin iyun ayına olan işsizlik dərəcəsi  isə 6.3% səviyyəsində qərarlaşıb. Bu isə ötən ilin müvafiq dövrünə nəzərən 0.5% azalma deməkdir.

Həm Aİ, həm də Avrozona ölkələrində iyun ayında işlə təmin olunanların sayı 1 milyard nəfəri ötüb.

Ən aşağı işsizlik səviyyəsi Çexiya Respublikasında (1.9%), ən yuxarı isə Yunanıstanda (17.6%) müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır