Avropada işsizlik iki dəfəyə qədər arta bilər

Avropada işsizlik göstəricisi koronavirus pandemiyası səbəbindən növbəti aylarda təqribi iki qat artaraq 59 milyona yaxın işçinin iş yerini itirməsinə səbəb ola bilər. Bu barədə, beynəlxalq konsaltinq şirkəti “McKinsey” açıqlama verib.

“McKinsey” Avropa Birliyinə üzv olan  27 ölkədə işsizlik səviyyəsinin 2020-ci il üçün 7.6% həddinə çatmasını və 2021-ci ilin son dövründə pandemiyadan əvvəlki vəziyyətə qayıtmasını proqnozlaşdırıb. Bununla yanaşı, “ən bədbin ssenari” ehtimalında işsizlik 2021-ci il ərzində 11.2%-i keçə bilər. Belə hal baş verərsə, işsizliyin əvvəlki səviyyəyə qaytarılması 2024-cü ilə qədər uzana bilər.

Avrozona ölkələrində isə işsizlik göstəricisi 2008-ci ilin martından bu yana ən yuxarı səviyyəsinə, 7.3%-ə yüksəlib.

Hazırda Avropada xidmət, satış sektorları, ictimai iaşə məkanları və daşınmaz əmlak bazarları üzrə iş yerlərinin yarısından çoxu təhlükədədir. Belə ki, xidmət sektorunda 14.6 milyon, daşınmaz əmlak üzrə 8.7 milyon, incəsənət və əyləncə sahəsi üzrə isə 1.7 milyon iş yeri itirilə bilər.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı