Avropada qaz ehtiyatlarının çoxluğu səbəbindən qiymətlər kəskin azalıb

Avropada bir neçə həftədir ki, təbii qaz hasilatının tələbdən artıq olması səbəbindən, təbii qazın qiyməti son on ilin ən aşağı səviyyəsinə düşüb.

Təbii qaz stoklarının həddindən çox artmasının nəticəsidir ki, İtaliya, Avstriya və bir sıra şimal-qərbi Avropa ölkələri öz təbii qaz tutum qabiliyyətlərinin 95%-dən artığını doldurublar.

Rusiyanın energetika nəhəngi “Gazprom” bu məsələyə reaksiya olaraq bildirib ki, bu il Avropaya qaz nəqlini 192 milyard kub metr azaldacaq.

Niderlandın qaz hasilatçılarından olan “Eneco” şirkəti hasilatçıların hasilatı azaltmaqları üçün qiymətlərdə bundan daha böyük azalma olmalı olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır