Avropada sənaye istehsalı artıb

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) noyabr ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, sənaye istehsalı 2021-ci ilin oktyabr ayına nisbətdə Avrozonada (19 ölkə) 2.3%, Avropa Birliyi ölkələrində isə 2.5% artıb.

2020-ci ilin noyabr ayının göstəriciləri ilə müqayisə etdikdə isə, Avropa Birliyi ölkələrində isə bu göstəricinin 1.5%, Avrozona ölkələrində isə 0.1% gerilədiyini müşahidə edə bilərik.

Oktyabr ayına nəzərən sənaye istehsalında ən böyük artım İrlandiyada (37.3%), ən böyük geriləmə isə Belçikada (-4.4%) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır