Avropada sənaye istehsalı geriləyib

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) cari ilin oktyabr ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, Avrozonada (19 ölkə) sənaye istehsalı yanvar ayına nisbətdə 0.5%, ötən ilin oktyabr ayına nisbətdə isə 2.2% azalıb.

Avropa Birliyi ölkələrində isə bu göstərici sentyabr ayına nisbətdə 0.4%, ötən ilin müvafiq dövrünə nisbətdə isə 1.7% geriləyib.

Ötən aya nəzərən sənaye istehsalında ən böyük artım Norveçdə (3.6%), ən böyük geriləmə isə Danimarka və Yunanıstanda (-2.6%) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır