Avropada sənaye istehsalı geriləyib

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) cari ilin fevral ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, Avrozonada (19 ölkə) sənaye istehsalı yanvar ayına nisbətdə 0.2%, ötən ilin fevral ayına nisbətdə 0.3% azalıb.

Avropa Birliyi ölkələrində isə bu göstərici yanvar ayına nisbətdə sabit qalsa da, ötən ilin müvafiq dövrünə nisbətdə 0.3% geriləyib.

Yanvar ayına nəzərən sənaye istehsalında ən böyük artım Polşada (1.7%), ən böyük geriləmə isə Litvada (-4.7%) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır