Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) yanvar ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, sənaye istehsalı 2021-ci ilin dekabr ayına nisbətdə Avrozonada (19 ölkə) 0.4% artıb, Avropa Birliyi ölkələrində isə stabil qalıb.
2021-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisə etdikdə isə, Avropa Birliyi ölkələrində isə bu göstəricinin 1.3%, Avrozona ölkələrində isə 0.4% irəlilədiyini müşahidə edə bilərik.
2021-ci il üzrə illik sənaye istehsalı artım göstəricisi isə Avrozonada 7.8%, Avropa Birliyi ölkələrində isə 8.2% səviyyəsində qərarlaşıb.
Oktyabr ayına nəzərən sənaye istehsalında ən böyük artım Litvada (24.7%), ən böyük geriləmə isə İrlandiyada (-20%) qeydə alınıb.