Avropanın ən böyük hibrid elektrik stansiyası istifadəyə verilib

Türkiyə Respublikasının enerji sektorunda mühim innovativ layihə həyata keçirilib. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da videokonfrans formatında iştirak etdiyi tədbirdə ölkənin ilk hibrid elektrik stansiyası istifadəyə verilib.

580 meqavatt gücə malik olan və 1 milyon kvadrat metrdən geniş ərazidə təsis edilən hibrid elektrik stansiyası Avropanın ən böyük HES-i ünvanını qazanıb. Elektrik enerjisinin 85%-inin su mənbələrindən, qalan 15%-inin isə 200 min günəş paneli ilə emal edilən günəş enerjisindən əldə edilməsi planlaşdırılıb. Sözügedən stansiyanın ümumilikdə 450 mindən artıq ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməsi proqnozlaşdırılır.

“Cengiz Holdinq” və “Özaltın Holdinq” ortaq investisiyası ilə yaradılan “Kalehan Enerji” şirkəti tərəfindən inşa edilən stansiya Türkiyənin şərqində yerləşən Bingöl şəhərində yerləşir. “Aşağı Kaleköy” adı altında fəaliyyətinə başlayan hibrid stansiyanın inşası türk mühəndislər tərəfindən həyata keçirilib.

Tədbirdə çıxış edən prezident yaxın illərdə Türkiyədə daha iki nüvə elektrik stansiyasının istifadəyə veriləcəyini də vurğulayıb.

Məlumat üçün qeyd edək ki, hazırda Türkiyədə bərpa olunan enerji potensialı 52 min meqavattı ötüb. Sözügedən göstərici üzrə Türkiyə Avropa ölkələri arasında beşinci, dünya sıralamasında isə on ikinci yerdə qərarlaşıb.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

AMB sığorta sahəsində növbəti attestasiya keçirəcək

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı