Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropanın ən iri banklarından biri ABŞ-yə köçməyi planlaşdırır - BBN

Avropanın ən iri banklarından biri ABŞ-yə köçməyi planlaşdırır

İsveçrənin ən böyük banklarından biri olan UBS baş ofisini Sürixdən ABŞ-yə köçürmə imkanını dəyərləndirir. Bank rəhbərliyi bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar aparır. Məlumatı “New York Post” mənbələrə istinadən yayıb.

Mənbələrin bildirdiyinə görə, UBS strategiyasını köklü şəkildə dəyişməyi planlaşdırır. Bu addım ABŞ banklarından birinin alınmasını və ya birləşməni də əhatə edə bilər. Bankın ABŞ-yə köçmək niyyətinin səbəbi İsveçrə tənzimləyicisinin yeni qaydalarıdır. Qaydalar 26 milyard dollar əlavə kapital yastığının yaradılmasını tələb edir ki, UBS bunu qlobal rəqabət qabiliyyəti üçün təhlükə hesab edir.

UBS-in ümidləri ABŞ-də daha yumşaq şərtlərlə fəaliyyət göstərməkdir. Bankın mətbuat xidməti, eləcə də ABŞ maliyyə naziri Skott Bessentin mətbuat katibi danışıqlar barədə məlumatı təkzib etməyiblər.

İsveçrə hökuməti isə yeni qaydaları mümkün bank böhranı riskləri fonunda təqdim edib. UBS-in hazırkı bazar dəyəri 126 milyard dollar təşkil edir. “S&P” məlumatına görə, UBS aktivlərinin həcminə görə Avropanın ən böyük on bankından biridir və İsveçrədə sistem əhəmiyyətli bank statusuna malikdir.

Related posts

Yelo Bank Qlobal Pul Həftəsinə “Yelo Finance Talks” layihəsi ilə qoşulub

Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı