Avropanın nəhəng bankı kapitalını 3,2 milyard avro artırır

İtaliyanın 3-cü ən böyük bankı olan Monte dei Paschi 19-22 dekabr tarixlərində kapitalını artıracaq.

Bank kapital çatışmazlığı problemini həll etmək üçün 5 milyard avroluq yeni istiqrazlar ixrac edəcək.

Ümumi səhmlərin 65%-nə sahib olan korporativ investorlara ediləcək istiqraz ixracı cümə axşamı günü həyata keçiriləcək.

İstiqrazların ixracının müvəffəqiyyətli oduğu təqdirdə bankın kapitalı 3,2 milyard avro artacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır