Avrozona iqtisadi artımda ABŞ-ı geridə qoyub

Avrozonada 2016-cı ildə iqtisadi artım sürətlənib. Buna səbəb kimi işsizlik səviyyəsinin 2009-cu ildən bu yana ən aşağı səviyyəyə enməsi göstərilir.

Dördüncü rübdə yaşanan canlanma prosesindən sonra Avrozona 2008-ci ildən bu yana ilk dəfə ABŞ-dan daha sürətli artım əldə edib. Belə ki, 2016-cı ildə ABŞ-ın ÜDM-si 1,6%, Avrozonanın ÜDM-si isə 1,7% artım əldə edib.

2016-cı ilin 4-cü rübündə Avrozona iqtisadiyyatı ötən rüblə müqayisədə 0,5% və ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,8% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır