Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avrozonada pərakəndə satışlar azalmaqda davam edir - BBN

Avrozonada pərakəndə satışlar azalmaqda davam edir

Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın sentyabr ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.

BBN.az xəbər verir ki, məlumata görə, Aİ-də pərakəndə satışlar sentyabr ayında avqustla müqayisədə dəyişməyib, illik müqayisədə isə 1,3 faiz artıb.

Avrozonada pərakəndə satışlar sentyabrda aylıq baxımdan 0,1 faiz azalıb, illik baxımdan isə 1 faiz artım qeydə alınıb.

Bazar gözləntisinə əsasən, Avrozonada pərakəndə satışların aylıq 0,2 faiz, illik isə 1 faiz artması proqnozlaşdırılırdı.

Aylıq müqayisədə pərakəndə satışlarda ən çox artım

  • Lüksemburq və Malta (1,7 faiz),
  • Estoniya (1,5 faiz),
  • Slovakiya (1,4 faiz)
    kimi ölkələrdə müşahidə olunub.

Ən böyük azalma isə

  • Litvada (1,1 faiz),
  • Latviyada və Sloveniyada (0,7 faiz),
  • İtaliyada (0,6 faiz) qeyd edilib.

Related posts

Bütün ölkələr üçün 10 faizlik rüsum tətbiq etdi – Qanun qüvvəyə mindi

Tramp tarifləri bərpa etmək üçün alternativ yollar axtarır

“Amazon” məlumat mərkəzlərinə 12 milyard dollar investisiya qoyacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı