Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avstraliya uşaqların sosial şəbəkələrdən istifadə etməsinə yaş həddi tətbiq edəcək - BBN

Avstraliya uşaqların sosial şəbəkələrdən istifadə etməsinə yaş həddi tətbiq edəcək

Avstraliya hökuməti sosial şəbəkələrə giriş üçün uşaqlara yaş həddi tətbiq etməyə hazırlaşır.

BBN.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Entoni Albaneze bildirib.

Onun sözlərinə görə, bu ilin sonunadək qəbul edilməsi planlaşdırılan yeni qanun uşaqların onlayn təhlükələrdən qorunmasını təmin edəcək və internetin gənclərə vurduğu zərəri azaltmağa kömək edəcək.

“Biz bilirik ki, sosial media cəmiyyətə zərər verir və uşaqları həqiqi dostlardan və real həyat təcrübələrindən məhrum edir. Avstraliya gəncləri daha yaxşısına layiqdirlər və mən uşaqlarımızı qorumaqda bütün avstraliyalı valideynlərin yanındayam”, – deyə baş nazir qeyd edib.

Sosial şəbəkələrdən istifadənin qadağan olunacağı dəqiq yaş hələ müəyyən edilməsə də, 14-16 yaş aralığı müzakirə edilir. Albaneze, “Instagram” və “TikTok” kimi platformalardan istifadə etmək üçün şəxsən minimum 16 yaş təyin etməyi dəstəklədiyini bildidirib.

Qeyd edək ki, qanun layihəsinin qəbulu Avstraliyanı dünyada sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq edən ilk ölkələrdən birinə çevirəcək.

Related posts

“Amazon” 2025-ci ili güclü artımla başa vurdu

“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

Süni intellekt narahatlığı proqram və xidmət şirkətlərində kütləvi satışa səbəb olub – bazardan təxminən 1 trilyon dollar silinib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı