Avstraliyada işsizlik rekord səviyyəyə qalxa bilər

Avstraliyada koronavirus pandemiyasının təsiri nəticəsində iyun ayına qədər işsizlik rekord həddə çıxa bilər. Bu barədə, Avstraliya Xəzinədarlıq Departamenti məlumat yayıb.

Departamentin direktoru Josh Frydenberg açıqlamasında pandemiyanın ölkə iqtisadiyyatını resessiyaya apardığını və post-pandemiya dövründə də işsizliyin yüksək səviyyədə olacağını vurğulayıb.

Qeyd edək ki, ölkədə işsizlik göstəricisi hal-hazırda 5.1% səviyyəsindədir. İyun ayında isə bu göstəricinin 10%-i keçəcəyi proqnozlaşdırılıb. Bu isə 1.4 milyondan çox Avstraliya vətəndaşının işini itirməsi deməkdir. Məlumat üçün bildirək ki, Avstraliyada ikirəqəmli işsizlik göstəricisi ən son 1992-1994-cü illər aralığında olub.

Belə ki, Avstraliyada pandemiya dövründə əhalinin maddi yardım ilə təmin edilməsi, universitetlərə dəstək və ödənişsiz uşaq baxımının təmini məqsədilə hazırlanan 130 milyard Avstraliya dolları (83.11 milyard ABŞ dolları) həcmində tədbirlər paketi işsizlik göstəricisinin 15% səviyyəsinə yüksəlməsinin qarşısını alıb.

Avstaliyaya yaxın digər bir ölkə Yeni Zellandiya isə ölkəsində işsizlik göstəricisinin növbəti aylarda 26%-i ötəcəyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır