Avstraliyanın Viktoriya əyalətinin naziri ilə görüş keçirilib

KOBİA və Avstraliyanın Viktoriya əyalətinin kiçik biznes, gənclər və veteranlar naziri arasında keçirilən görüşdə hər iki ölkənin KOB sahəsində təcrübəsinə dair fikir mübadiləsi aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Qlobal Sahibkarlıq Şəbəkəsi tərəfindən keçirilən Startap Ölkələri Sammitində iştirak etmək məqsədilə Avstraliyada işgüzar səfərdədir. Səfər çərçivəsində KOBİA nümayəndələri Avstraliyanın sahibkarlıqla əlaqəli qurumlarında bir sıra görüşlər də keçirəcəklər.

Səfər çərçivəsində Melburn şəhərində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Avstraliyanın Viktoriya əyalətinin kiçik biznes, gənclər və veteranlar naziri Natali Süleyman ilə görüşüb.

Görüşdə kiçik və orta sahibkarlıq sahəsində hər iki ölkənin təcrübəsinə, ticarət və qarşılıqlı investisiyaların artırılması sahəsində mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Related posts

Azərbaycan Qiymətləndiricilər Palatası ilə ABA arasında görüş keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyası İstanbul Fintech Week 2025 tədbirində Ölkə Tərəfdaşı kimi çıxış edir

“İnsan Resurslarının İdarəedilməsi üzrə” Ekspert Qrupu ilə “MERCER” şirkətinin nümayəndələri arasında görüş keçirilib