Avtomobil idxalı 7 dəfə azalıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 2 233 ədəd avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 13 262 ədəd avtomobil və ya 6,94 dəfə azalıb.
Ölkəyə gətirilən avtomobillərin 32 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 939 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 204 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 58 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Mənbə: apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır