Avtomobil sığortasında nağd ödənişlər dayandırıla bilər

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən icbari avtomobil sığortasında endirimlərin qarşısını almaq üçün qanunda dəyişikliklər edilməsi müzakirə olunur.

Vergilər Qəzetinin məlumatına görə,  indiyə qədər tətbiq edilən inzibati sanksiyalar sığorta şirkətlərinin avtomobillərin icbari sığortası üzrə endirimlərin qarşısının alınmasında effektivliyi olmayıb. Palata endirimlərin qarşısını almaq üçün indi daha çox iqtisadi metodlardan istifadə edəcək.

Bununla bağlı “İcbari sığortalar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflər müzakirə edilir. Əsas təkliflərdən biri icbari avtomobil sığortası üzrə nağd ödənişlərin birbaşa təmirlə əvəz edilməsi ilə bağlıdır.

Qanunla qadağan olunsa da, indiyə qədər sığorta şirkətləri öz marjaları daxil olmaqla müştəriyə 30%-ə qədər endirim edə bilirdilər.

Sığorta ödənişlərinin birbaşa təmirlə əvəzlənməsinin müştərilər arasında narazılıq yarada biləcəyinə gəlincə, bildirilir ki, bunun üçün təmirin kefiyyəti artırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır