Avtomobillərə “TAX FREE” tətbiq edilməyəcək

Vergilər nazirliyinin vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Mahir Rəfiyev öz açıqlamasında bildirib ki: “Azərbaycanda avtomobillərə “Tax free” şamil edilməyəcək”. Belə ki, “Tax free” tətbiq ediləcək məhsullar sırasında avtomobillər yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl avtomobillərə və onların ehtiyat hissələrinə “Tax free” tətbiq ediləcəyi ilə bağlı məlumat yayılmışdı. Hətta, avtomobil ekspertləri bunun yerli avtomobil bazarı üçün müsbət təsir edəcəyini bildirmişdilər.

Mənbə: fins.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır