Ötən ay ərzində milli valyutada kreditlər artıb

İyul ayına bank sektorunun aktivlərinin 44.3%-ni kredit portfeli təşkil edir.

BBN.az xəbər verir ki, ay ərzində kredit portfeli 1.5% (196.2 mln. manat) artıb.

Qeyd edək ki, banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,342.3 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər 2.5% (210.1 mln. manat) artaraq 8,650.7 mln. manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır