AYİB ilə əməkdaşlıq imkanları müzakirə olunub

Aktiv əmək bazarı proqramları sahəsində Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB) ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Belə ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə  AYİB-in nümayəndə heyət ilə görüş keçirib.

Görüşdə aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının AYİB kreditləri vasitəsilə genişləndirilməsi, bu zaman dövlətin vəsaitləri ilə bank vəsaitlərinin kombinələşdirilmiş şəkildə maliyyələşdirmə üçün istifadə olunması sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır