Azər Türk Bank gənclər üçün növbəti təlimlərə başlayır

Noyabrın 14-də Dövlət bankı Azər Türk Bank və ASAN Schoolun  birgə  təşkilatçılığı  ilə ASAN könüllüləri üçün bankçılıq sahəsi üzrə növbəti  təlimlərə start verilir. Bir ay  ərzində həftədə  iki dəfə  keçiriləcək bu təlimlər  “ASAN School”  könüllülük  proqramının  biznesmenecment istiqaməti üzrə reallaşdırılan “Master 2” pilləsidir.

Təlimlərin keçirilməsində məqsəd iqtisadiyyat və maliyyə üzrə təhsil almış  gənclərin  bank sektoru ilə bağlı bilik və bacarıqlarının artırılmasına,  onların  fərdi və  peşəkar  inkişafına dəstək olmaqdır. Təlimləri uğurlu nəticələrlə başa vurmuş gənclərə  sertifikatlar  təqdim ediləcək və ən aktiv iştirakçılar, ənənəvi olaraq,  Azər Türk Bankın  təcrübə proqramına cəlb ediləcəklər.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində rolu olan Azər Türk Bankın bu layihədə iştirakında niyyəti gənclərin maliyyə-kredit sahəsində  püxtələşməsi, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə onlara yaxından köməketməkdir. Qeyd edək ki,  bu ilin may ayında Qəbələ şəhərində baş tutan uğurlu təlimlərdən  sonra Azər Türk Bankın “Qəbələ” şöbəsində təcrübə keçmək hüququ qazanmış gənclərdən biri həmin şöbədə işlə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır