“Azər-Türk Bank”-ın İdarə Heyəti dəyişilməyəcək

“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Rumiyə Məmmədova “Bank Standard” QSC-nin Müşahidə Şurasının (MŞ) sədri seçilməsinə baxmayaraq, bu onun  əvvəlki iş yerini dəyişməsinə səbəb olmayıb. Beləki, “Azər-Türk Bank”-ın İdarə Heyətinə yeni üzv seçilməyəcək.

R.Məmmədova avqustun 3-də “Bank Standard”-da fəaliyyət göstərməyə başlayıb.

Qeyd edək ki, bu barədə BBN.az   Reporta istinadən xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır