“Azər Türk Bank”ın kartla əməliyyatlar dövriyyəsi artıb

Azər Türk Bank mətbuat xidmətindən verilən məlumata görə, cari ilin birinci rübü ərzində müştərilər bankın plastik kartları vasitəsilə 185 minə yaxın əməliyyat həyata keçirib. Kartla əməliyyatların dövriyyəsi 31,5 milyon manat təşkil edib. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25% və 30% çoxdur.

MasterCard və VISA  beynəlxalq ödəniş sistemlərinin üzvü olan Azər Türk Bank plastik kartların buraxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir.

Qeyd edək ki, hazırda dövriyyədə anka məxsus 33 min aktiv plastik kart var. Bu da 2016 –cı ilin ilk rübünün nəticələrinə nisbətən 34 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır