Azərbaycan Beynəlxalq Bankı sərhədçilər üçün nağd pul krediti təklif edir

Sərhəd Qoşunları əməkdaşlarına bank xidmətləri göstərən Azərbaycan Beynəlxalq Bankı 18 Avqust Sərhəd Qoşunları Günü münasibətilə özəl kampaniyaya başlayıb. Bankın maaş kartına sahib Azərbaycan sərhədçiləri kampaniyadan faydalanaraq nağd pul kreditini bankdan 2% endirimlə əldə edə bilərlər.

Kampaniyanın özəllikləri kredit məbləğinin 15 000 manatadək, kredit müddətinin 36 ayadək, illik faiz dərəcəsinin 2% endirimlə 25%-dən başlayaraq olmasıdır. Həmçinin, kredit məbləği 3 000 manatadəkdir ki, bu kreditin rəsmiləşdirilməsi də komissiyasız həyata keçirilir.

 

Qeyd edək ki, kampaniya 16 avqust – 25 avqust müddətində keçərlidir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır