Azərbaycan “Global Innovation Index”-də 7 pillə irəliləyib

Azərbaycan “Global Innovation Index 2016” hesabatında 128 ölkə arasında 85-ci yeri tutub.

“Global Innovation Index”-in hesabatında əsasən siyahıda ilk onluqda İsveçrə, İsveç, Böyük Britaniya, ABŞ, Finlandiya, Sinqapur, İrlandiya, Danimarka, Niderland və Almaniya yer alıb.

İran siyahıda 78, Gürcüstan 64, Ermənistan 60, Rusiya 43-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan ötən ilki hesabatda 141 ölkə arasında 93-cü yerdə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır