“Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” yaradılıb

Tanınmış şirkətlərin PR mütəxəssislərinin iştirakı ilə “Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi təsis edilib.

7 iyun 2016-cı il traixində “Excelsior Hotel Baku” otelində baş tutmuş tanınmış şirkətlərin PR mütəxəssislərinin növbəti toplantısında “Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası” İctimai Birliyi təsis edilib.

Görüşdə “AtaHolding”, “Veysəloğlu”, “Excelsior Hotel Baku”, “Paşa Həyat Sığorta”, “Bakcell”, “ AtaBank”, “Caspian Development Bank”, “Hed Akademi” şirkətlərinin PR menecerləri və “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin rəhbəri iştirak ediblər. Tədbirdə Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (Azerbaijan Public Relations Association – APRA) təsis edilməsi ilə bağlı məsələlər və gələcəkdə assosiasiyanın qarşısında duran vəzifələr müzakirə olunub.

Assosiasiya üzvlərinin tədrisi məqsədilə onlar üçün müxtəlif kurslar, treninqlər, seminarlar, konfranslar təşkil ediləcək. Bundan başqa, müvafiq hökumət  və qeyri-hökumət təşkilatları, dövri nəşrlər və elektron kütləvi informasiya vasitələri ilə münasibətlər qurulacaq, onlarla əməkdaşlıq və müştərək layihələrin həyata keçirilməsi baş tutacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır