Azərbaycan, İran və Rusiya prezidentləri Bakıda görüşəcək

Bu gün  Bakıda ilk dəfə  Azərbaycan, Rusiya və İran prezidentlərinin birgə görüşünün keçiriləcəyi bildirilib. Görüşdə ölkələr arası ticarət  əlaqələri və eyni zamanda  “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inşası və Xəzərin statusu ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri bazar günündənbaşlasada, Rusiya prezidenti Vladimir Putinin bu gün səfər edəcəyi gözlənilir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bundan əvvəl Azərbaycana 2014-cü ilin noyabrında, Vladimir Putin  isə Azərbaycana sonuncu dəfə 2013-cü ilin avqustunda işgüzar səfər edib.

Mənbə: bbc.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır