Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi üzrə mühüm yeniliklər təqdim edilib

Cari ilin 27 may tarixində “Baku Boulvard Hotel”də “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və “Raiffeisen Bank International” (RBI) arasında kapital bazarlarının, depozitar və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumunu Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab İbrahim Alışov və RBI-nin Qiymətli kağızlar xidmətləri qrupunun rəhbəri cənab Attila Szalay – Berzeviczy imzalayıblar.

RBİ Mərkəzi və Şərqi Avropada qiymətli kağızlar üzrə ticarətsonrası sistemi və kastodian xidmətləri yüksək səviyyədə təklif edən banklardan biridir. Palata tərəfindən xarici investorların yerli bazara cəlb edilməsi məqsədilə Milli Depozit Mərkəzi ilə Avropanın qabaqcıl beynəlxalq banklarından biri olan (RBI) arasında nominal saxlayıcı hesablarının açılması nəzərdə tutulur.

Xəbərin davamı ilə keçidə daxil olaraq tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır