Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,78 ABŞ dolları və yaxud 4,53% artıb.

BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,09 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında 19,15 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 ABŞ dolları qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır