Azərbaycan neftinin qiyməti 2 dollar azalıb

“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.

BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 2.08 dollar və ya 2.58% ucuzlaşaraq 78.46 dollar təşkil edib.

“WTI” markalı neftin 1 barrelinin qiyməti 2.93 dollar və ya 4.41% azalaraq 66.43 dollar olub.

“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 3.39 dollar və ya 4.43% ucuzlaşaraq 76.44 dollara olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır