Azərbaycan nümayəndə heyəti İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Forumunda iştirak edir

Cari ilin 2-6 may tarixlərində Cenevrədə (İsveçrə) “WSIS -2016” – İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (World  Summit on the Information Society) Forumu öz işinə başlayıb.

Tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ticarət və İnkişaf üzrə Konfransı  (UNCTAD ), İnkişaf Proqramı (UNDP), Təhsil, Elm və Mədəniyyət Təşkilatı ( UNESCO) çıxış edir.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən böyük illik yığıncağı olan “WSIS -2016”-da Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Tədbir çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə – Nazirlər Toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır