Azərbaycan rəqəmsal şəxsiyyət vəsiqəsinə keçir – “eID”

2018-ci ildən etibarən Azərbaycanda yeni və çoxfunksionalı şəxsiyyət vəsiqələrinin (eID) verilməsinə başlanılacaq. Yeni şəxsiyyət vəsiqəsi fərdin həm fiziki, həm də rəqəmsal olaraq tanınmasını təmin edəcəkdir.

BBN.az xəbər verir ki, bu haqda “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adı altında ilk Bankçılıq Forumunda təqdimatlar zamanı bildirilib.

2028-ci ilə qədər belə şəxsiyyət vəsiqələrinin sayı 9 mln. ədədə çatdırılması planlaşdırılır.

arxa-hiss%c9%99

Vəsiqələrə iki üzlü çip inteqrasiya ediləcək ki,  bu da “eID”yə böyük imkanlar qazandıracaq. Yüksək təhlükəsizliyə malik rəqəmsal imzaya malik olan “eID” vasitəsi ilə hökümət və şirkətlərin elektron xidmətlərindən rahatlıqla istifadə etmək mümkün olacaqdır.

Qeyd edək ki, bir çox qərb ölkələrində hələ də tətbiq edilməsinə başlanmamış vəsiqələrin ilk tətbiq edildiyi ölkələrdən biri də məhz Azərbaycan olacaq.

Maliyyə-bank sektoru ilə əlaqədar yeniliklərlə tanış olmaq üçün FACEBOOK səhifəmizi bəyənin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır