Home » Azərbaycan Respublikasının Mərkəzi Bankı və Çin Xalq Respublikasının Bank və Sığorta Tənzimləmə Komissiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Çin Xalq Respublikasının Bank və Sığorta Tənzimləmə Komissiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Çin Xalq Respublikasının Bank və Sığorta Tənzimləmə Komissiyası (Komissiya) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın hüquqi bazasının yaradılması, əlaqələrin gücləndirilməsi və maliyyə sektorunda məlumat və təcrübə mübadiləsinin genişləndirilməsindən ibarətdir.

İmzalanmış Memoranduma əsasən AMB və Komissiya arasında bank və sığorta sektorunda təcrübə və informasiya mübadiləsinin aparılması, təlim və seminarların təşkili, məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Memorandumun imzalanması nəzarət qurumları arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi, texniki dəstəyin həyata keçirilməsi, qlobal tənzimləmə yanaşmaları üzrə təcrübə mübadiləsinin aparılması, həmçinin beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək, həmçinin bütövlükdə hər iki ölkənin bank və sığorta sisteminin inkişafına öz töhfəsini verəcəkdir.

Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də nəzarət məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaqdır.

You may also like

Şirkət

Son xəbərlər

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.