Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

16 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50203196S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 99.1900 (3.5%) və 99.3394 (2.85%) olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 112,606,100 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 99.3394 (2.85%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 08.08.2022-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır