Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

11 may 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50302996S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 97.7199 AZN (5%) və 98.6647 AZN (2.9%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 114,539,700.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 98.6647 AZN (2.90%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 26.10.2022-ci ildir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır