Azərbaycan-Rusiya biznes forumu keçirilib

Sentyabrın 12-də Rusiya Federasiyasının Sverdlovsk vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə fəaliyyət göstərən 120-dən çox iş adamı iştirak edib.

Bakı Biznes Mərkəzində keçirilmiş biznes forumda İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir. Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4,7 mlrd. ABŞ dolları sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1,2 mlrd. dollar təşkil edir.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır