“Azərbaycan Sənaye Korporasiyası” yaradılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC dövlət qeydiyyatına alınıb.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, təşkilatın hüquqi forması Açıq səhmdar cəmiyyətidir. Şirkətin nizamnamə kapitalı 500 mln. manatdır.

Şirkətin  qanuni təmsilçisi Kamran Nəbizadədir, hüquqi ünvanı isə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı ev 40C-dir.

Qeyd edək ki, şirkət ötən il dekabrın 8-də dövlət qeydiyyatına alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır