“Azərbaycan Sənaye Sığorta”da kadr dəyişiliyi

“Azərbaycan Sənaye Sığorta” ASC-nin daxili audit xidmətinə yeni rəhbər təyin edilib. Şirkətdən verilən məlumata görə, bu vəzifəyə Kənan Qəniyev gətirilib.

O, bundan əvvəl “Atasığorta” ASC-nin daxili audit xidmətinin rəhbəri olub. K.Qəniyev yeni vəzifəsində Kənan Əsgərovu əvəz edib.

Xatırladaq ki, “Azərbaycan Sənaye Sığorta” 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Mənbə: report.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır