Azərbaycan sahibkarları üçün təqdimat keçiriləcək

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 13 iyun 2017-ci il tarixində Bakı Biznes Mərkəzində Azərbaycan sahibkarları üçün təqdimat keçirəcək. Təqdimatda bankın strategiyası və xidmətləri barədə ətraflı məlumat veriləcək.
QDTİB layihələrin orta və uzun müddətli maliyyələşdirilməsi, korporativ kreditəşdirmə, şirkətlərin kapitalında iştirak və eləcə də zəmanət təklif edir. Tütün məhsulları, araq və brendi, zərərli kimyəvi məhsullar, silah və qumar dövriyyəsi istisna olmaqla, iqtisadiyyatın bütün sektorlarında fəaliyyət göstərən şirkətlər QDTİB-in xidmətlərindən yararlana bilər.
Təqdimatdan sonra iştirakçılar biznes təkliflərini QDTİB-in nümayəndələri ilə müzakirə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır